ABŞ-ın Rusiyadakı səfirliyi xəbərdarlıq etdi - "Başda Moskva var"

ABŞ-ın  Rusiyadakı səfirliyi  başda paytaxt  Moskva olmaqla ölkənin bir sıra ərazilərinə terror hücumları həyata keçiriləcəyi haqda xəbərdarlıq edib. avropa.info bildirir ki, Moskvadakı ABŞ səfirliyindən yayılan açıqlamada terror hücumlarının Avropanın bir sıra ölkələrində də baş verə biləcəyi qeyd edilib."Səfirliklərimiz  dünyanın hər yerində vətəndaşlarımızla təhlükəsizlik ilə əlaqədar məlumatları mütəmadi olaraq paylaşır. Moskvadakı ABŞ səfirliyinə bu gün, ABŞ Dövlət Departamentinin Rusiya da daxil olmaqla, Avropada terror təhlükəsi olması ilə bağlı məlumat daxil olub. Rusiya vətəndaşlarına terror risqlərinə qarşı oyanıq olmalarını tövsiyyə edirik. Moskva başda olmaqla ölkənin bir çox bölgələrində terror aktları gözlənilir", - deyə səfirliyin bəyanatında bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00