Brüsseldəki partlayışda Azərbaycan vətəndaşları xəsarət alıblar?
22 Mart 2016 12:46 Dünya"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Belçikadakı səfirliyinə Brüssel hava limanında partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb". Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.Qeyd edək ki, bu gün Brüssel aeroportunda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisədən sonra bütün reyslər ləğv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00