Avropanın göbəyində terror: ölənlər var
22 Mart 2016 12:43 Dünya"RİA Novosti xəbər verir ki, Belçikada, Brüssel hava limanındakı partlayış rəsmi olaraq terror aktı hesab edilib.
----------
12:40
RİA Novosti bildirir ki, Brüssel metrosunun daha bir stansiyasında partlayış olub.
Həmçinin bildirilir ki, Belçika kəşfiyyatının mümkün hücumlardan xəbəri olub.
-----------
12:29
RİA Novosti bildirir ki, Brüssel metrosunda partlayış olub.
Xəbəri yerli telekanallar yayıb. Sputnik-in məlumatına görə, ümumilikdə 3 partlayışda 18 adam ölüb, 30-dan çox yaralı var.
-----------
12:15
Brüssel polisi Sputnik agentliyinə aeroportda partlayış olması faktını təsdiqləyib.
"Partlayış olub, başqa heç nə deyə bilmərik. Hal-hazırda aeroporta girə bilmirik. Partlayış böyük zalda olub", - məlumatda deyilir.
RİA Novosti bildirir ki, partlayışla bağlı ABŞ-ın Belçikadakı səfirliyi də açıqlama verib:
"Hazırda partlayışla bağlı dəqiq informasiyamız yoxdur. Hələlik partlayışın American Airlines-ın yaxınlığında olması barədə məlumat da təsdiqini tapmayıb, gözləyirik".
RTBF telekanalı məlumat yayıb ki, partlayışlardan biri ABŞ-a uçuşların qeydiyyat masasının yaxınlığında olub.
----------
12:08
RİA Novosti bildirir, yaralıların sayı 30-a çatıb.
Belçika KİV-i Brüssel aeroportundakı partlayışlardan əvvəl atəş səsləri və ərəb dilində çığırtılar eşidildiyini yazır.
Aeroport təxliyə edilir. Hava limanı Twitter-dəki hesabından məlumat yayaraq bildirib: "Aeroporta gəlməyin, təxliyə aparılır. Aeroport ərazisindən qaçın. Reyslər təxirə salınıb".
Növbəti göstərişlər alınanadək aeroport bağlanılıb.
-----------
11:52
Brüssel aeroportundakı partlayışlarda 11 nəfər ölüb.
RİA Novosti bildirir ki, bu barədə Monde qəzeti məlumat yayıb.
KİV-in məlumatına görə, partlayışlar uçuş zalında olub.
İlkin məlumata görə, 11 nəfər həlak olub, 25 yaralı var.
Terminalın fasadının şüşələri qırılıb, tavanın bir hissəsi çöküb. Partlayışın səbəbi bilinmir. Bütün reyslər təxirə salınıb. Aeroporta gələn dəmiryolu reysləri də ləğv edilib.
RTBF telekanalı bildirir ki, çox güman ki, bu, teraktdır.
Belçika hökuməti partlayışlarla bağlı təcili iclasa toplanıb.
---------
11:31
"sputniknews" xəbər verir ki, Belçikada, Brüssel hava limanında partlama səsləri eşidilib. İlkin məlumata görə, 8:00-dan sonra iki partlayış səsi eşidilib, 10 nəfər yaralanıb.