ABŞ generalı mətbuat konfransında özündən gedib
11 Fevral 2016 14:02 DünyaABŞ Silahlı Qüvvələrinin general-mayoru Ceyms Martin mətbuat konfransında huşunu itirib. APA-nın məlumatına görə, C. Martin ABŞ hərbi-hava qüvvələrinin büdcə layihəsi ilə bağlı suala cavab verən vaxt özündən gedib. General ən yeni F-35 qırıcılarının istehsalı proqramının maliyyələşməsi barədə danışarkən qəfildən tribunaya doğru əyilib. Yaxınlıqdakı şəxslər dərhal generala yardım göstərib, su veriblər. O özünə gələndən sonra xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00