Otelin daxildən və xaricdən görüntüsü


Otelin satışı uzun müddətdir gündəmdə olan məsələ olub. Ötən ilin yayında bu möhtəşəm otelin hərraca çıxarılacağı barədə xəbərlər yayılmışdı. Lakin Telman İsmayılov (AST) icra idarəsinə olan 100 milyon dollarlıq borcu ödəyəcəyini bildirib. Milyarderin bu öhdəliyi qəbul etməsi ilə otelin satışı dayandırılıb. T.İsmayılovun borcunun 68 milyon dollar civarında olduğu bildirilirdi. İş adamı 100 milyon dollarlıq borcunu 4 il ərzində illik 25 milyon dollar olaraq ödəyəcəkdi.

İş adamından borcunu ala bilməyən "Halkbank" rəsmi orqanlara müraciət edərək haqqını tələb edib. Nəticədə icra iş adamının otelini hərraca çıxarmaq haqqında qərar qəbul edilib. Ancaq otelin satışına razılıq verməyən Azərbaycan əsilli iş adamı rəsmi olaraq borcu ödəyəcəyini bildirib. 

Azərbaycanlı milyarderin oteli "Mardan Palace" 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub. 
İş adamı oteli atasının şərəfinə adlandırmışdı. 


Telman İsmayılov Monika Belluçi ilə 


1,5 milyardlıq otelin açılışından kadr

Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır. 

Həmçinin oxuyun: 
Məhkəmə "AST" Telmanı cərimələdi
Telman İsmayılovun mülkü əlindən alınır
"AST" Telmana görünməmiş zərbə
"Telman İsmayılov erası"nın sonu (FOTO,VİDEO)
XBeynəlxalq məhkəmə "AST" Telman haqqında qərar verdi