Türkiyə Silahlı Qüvvələri iki gündə 12 hərbçisini itirib
11 Fevral 2016 11:57 DünyaTürkiyənin Diyarbəkir vilayətində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı daha üç hərbçi şəhid olub. APA-nın "Hurriyet"ə istinadən verdiyi məlumata görə, hadisə fevralın 10-da fövqəladə vəziyyətin davam etdiyi Sur rayonunda qeydə alınıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, terrorçularla atışmada yaralanan üç hərbçi xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, srağagün keçirilən əməliyyat zamanı isə Türkiyə Silahlı Qüvvələri 9 hərbçisini itirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00