İŞİD-lə Taliban toqquşdu: 6 ölü

Əfqanıstanda İŞİD və Taliban qruplaşmaları arasında silahlı toqquşma baş verib. Modern.az xarici agentliklərə istinadla xəbər verir ki, ölkənin şərqindəki Açin bölgəsində baş verən döyüş zamanı 6 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb. Əfqanıstan hökumətinin məlumatına görə, öldürülənlərdən 5 nəfəri İŞİD üzvü, 1 nəfər isə Taliban üzvü olub.  Son aylarda nəzarətə götürdüyü kənd yerlərindən iri şəhərlərə doğru hücumlar gerçəkləşdirən Taliban hərəkatı İŞİD qruplaşmasını özünə rəqib görür.  İyun ayında Əl-Bağdadiyə məktub göndərən Taliban onlardan Əfqanıstana müdaxilə etməməyə çağırış etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00