Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb
11 Fevral 2016 09:50 DünyaAPA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, indiyədək 80 nəfər itkin düşmüş hesab edilir.Tayvan adasının cənubunda yerləşən Taynan bələdiyyəsində xilasedici işlər davam edir.Xatırladaq ki, fevralın 6-a keçən gecə Tayvanda 6,4 bal gücündə zəlzələ olub. Taynan şəhərinin müxtəlif bölgələrində 10-dək tikili dağılıb, o cümlədən 17 mərtəbəli "Veyquan" yaşayış kompleksi. Ölənlərin əksəriyyəti məhz bu binanın sakinləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00