ABŞ prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb
11 Fevral 2016 09:49 DünyaABŞ prezidentliyinə namizəd olan Nyu-Cersi ştatının qubernatoru Kris Kristi namizədliyini geri götürüb.APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, K.Kristi bu barədə özünün "Feysbuk" səhifəsində yazıb."Keçirdiyim kampaniya ilə fəxr edirəm. Prezident seçkilərinə qatılarkən mən daim sadiq qaldığım prinsipləri ifadə etməyə çalışırdım. Seçki kampaniyasını tərk etməyimdən qətiyyən peşman deyiləm", K.Kristi vurğulayıb.Qeyd edək ki, bundan əvvəl "Hewlett-Packard" şirkətinin sabiq başçısı Karli Florina ABŞ prezidentliyinə namizədliyini geri götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00