Saakaşvilidən gözlənilməz qərar
11 Fevral 2016 09:43 DünyaUkraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsaka məktub yollayaraq, mühafizədən imtina etdiyini bildirib.
modern.az bildirir ki, Mixeil Saakaşvili bu barədə "Facebook" sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb. İndiyə kimi onun təhlükəsizliyini "Alfa" xüsusi dəstəsinin əməkdaşları qoruyurdular.
"Mən heç kimdən və heç nədən qorxmuram və bundan sonra Odessada və bütün ölkə ərazisində mühafizəçilər olmadan hərəkət edəcəyəm", - Saakaşvili belə yazıb.
Qubernator qeyd edib ki, bu addımı "son hadisələrə, bəyanatlara, həmçinin əlində olan informasiyaya əsaslanaraq" atmaq qərarına gəlib. O, söhbətin konkret olaraq nədən getdiyini açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00