Dağıstanda 108 nəfər “donuz qripi” xəstəsi var
11 Fevral 2016 09:32 DünyaRusiyanın TASS agentliyi xəbər verir ki, Dağıstan İstehlaka Nəzarət İdarəsinin mətbuat xidmətinin rəhbəri Leyla Tahirovanın sözlərinə görə, respublika üzrə 108 nəfərdə "donuz qripi" aşkarlanıb.
"Bu günədək Dağıstanda 108 nəfər H1N1 virusuna yoluxub, 5 nəfər xəstəlikdən ölüb. Onların heç biri əvvəl peyvənd olunmayıb", - L.Tahirova belə deyib.
Qeyd edək ki, Dağıstanda ilk dəfə xəstəyə "donuz qripi" diaqnozu ötən ilin noyabrında qoyulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00