BƏƏ və İsrailin aviaşirkətləri Azərbaycana birbaşa uçuşlar həyata keçirmək niyyətindədir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" aviaşirkəti Azərbaycana uçuşlar təşkil etməyi planlaşdırır. "APA-Economics" xəbər verir ki, aviaşirkət BƏƏ-nin Şarja şəhərindən Bakı, Qəbələ və Azərbaycanın başqa regionlarına uçuşlar həyata keçirəcəyini bildirib. Bununla yanaşı, İsrailin "El Al" və "Arkia" aviaşirkətləri də Təl-Əvivdən Bakıya birbaşa aviareyslərin yerinə yetirilməsini planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00