UNECO-nun baş direktoru Bokovanın namizədliyi BMT-nin baş katibi vəzifəsinə irəli sürülüb
10 Fevral 2016 18:03 DünyaBolqarıstan UNESCO-nun baş direktoru İrina Bokovanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb. APA-nın "Deutsche Welle"yə istinadən verdiyi xəbərə görə, Bolqarıstan XİN-in bununla bağlı məktubu BMT-nin Nyu-Yorkdakı iqamətgahına göndərilib. Sənəddə qeyd edilir ki, İ. Bokova təcrübəsi nəzərə alınmaqla, bu posta ən uğurlu namizəddir.
Qeyd edək ki, İ. Bokova 2009-cu ildən BMT-nin elm, təhsil, mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-ya rəhbərlik edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00