NATO Qara dənizdə gücünü artırmaq istəyir

NATO Qara dənizdə gücünü və imkanlarını genişləndirmək niyyətindədir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bu gün Brüsseldə bəyan edib. O, Alyans ölkələrinin müdafiə nazirlərinin fevralın 10-11-nə təyin olunmuş iclası ərəfəsində deyib ki, NATO Qara dənizdəki fəaliyyətini artıracaq: "Biz hərbi qüvvələrimizi və imkanlarımızı gücləndirəcəyik, bu bölgəni izləyərək kəşfiyyat aparacağıq".

Qeyd edək ki, ötən gün Y.Stoltenberq bildirmişdi ki, NATO Şərqi Avropadakı fəaliyyətini genişləndirmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00