MDB-də 4 mindən çox terrorçu axtarılır
10 Fevral 2016 16:42 DünyaMDB ölkələrində 4 mindən çox adam terror cinayətlərində iştiraka görə axtarışa verilib. "RİA Novosti" verdiyi məlumata görə, bu barədə çərşənbə günü fəaliyyətə başlayan MDB-nin üzv dövlətlərinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin IX iclasında Birliyin Antiterror Mərkəzinin başçısı general-polkovnik Andrey Novikov məlumat verib. O, MDB-nin terror və ekstremist xarakterli cinayət törətmiş terrorçu təşkilatların və şəxslərin adının daxil olduğu antiterror bankına malik olduğunu xatırladıb. "Bilirsiz, bazamız əhəmiyyətli dərəcədə zənginləşib, MDB məkanında qeyd edilən cinayətlərə görə 4 262 cinayətkar axtarışdadır", - deyə A.Novikov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00