"Amerika-Rusiya probleminin səbəbi Suriya və Ukrayna deyil"
10 Fevral 2016 16:39 DünyaRusiya xarici işlər naziri Sergey Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərin soyuqlaşmasının Ukrayna və Suriyaya görə baş vermədiyini deyib.
""Cekson-Venik" düzəlişini ləğv edib, o saat Maqnitski qanunları"nı qəbul etdilər və rahat nəfəs alaraq "rusları həmişə qarmaqda saxlayacaqlarına" sevindilər. Bu, iki ölkə arasında münasibətlərin Ukrayna, yaxud Suriyaya görə pisləşmədiyini göstərən amillərdir. Sadəcə olaraq, hər şeyə öz baxışı olan bir ölkənin (Rusiyanın) möhkəmlənməsi Vaşinqtonda bəzilərini narahat edir". Modern.az bildirir ki, Lavrov Vaşintonun Ukraynadakı gərginlikdə maraqlı olduğunu da deyib. "Bizdə bəzi təkzibolunmaz faktlar var ki, bəzi amerikalı siyasətçilər Rusiyanın iki cəbhədə vuruşmasına çalışdıqarını və Donbasda atəşkəsin pozulmasına, periodik olaraq qızğın döyüşrlərin getməsini arzulaqlarını söyləyib. İstisna etmirəm ki, belə fikirlər Vaşinqtondakı "qırğı"ların da beynində var".