Zaxarova: “Rusiya Əsəd rejiminin səhvlərini ört-basdır etməyə çalışmır”

"Biz heç vaxt Suriyadakı siyasi sistemi ideallaşdırmamışıq. Biz müntəzəm olaraq rəsmi Dəməşqi insan hüquqları, demokratik prinsiplərə riayət olunması sahəsində və digər bir çox istiqamətlərdə tənqid etmişik".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O bildirib ki, Rusiya XİN dəfələrlə Suriyada demokratik islahatların vaxtının yetişdiyini bəyan edib: "Biz Əsəd rejiminin səhvlərini ört-basdır etməyə çalışmırıq. Biz Suriyadakı rejimi dəstəkləməklə məşğul deyilik. Hesab edirik ki, Suriyadakı daxili vəziyyət suriyalıların özlərinin məsələsidir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00