Mariya Zaxarova: “Türkiyənin İŞİD-lə əlaqələri barədə məlumatları Qərbə ötürməyə hazırıq”
10 Fevral 2016 15:36 Dünya"Moskva Qərblə Türkiyənin İŞİD-lə əlaqələri barədə məlumatları bölüşməyə hazırdır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
"Biz sadəcə olaraq məlumatları təqdim etməyə deyil, addımlarımızı koordinasiya etməyə, qərbli həmkarlarımızla onlara rahat olan bütün formatlarda məlumat mübadiləsi aparmağa hazırıq. Təəssüf ki, qərbli tərəfdaşlarımız tərəfindən buna maraq görmürük", -deyə Rusiya XİN rəsmi nümayəndəsi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00