Rusiya XİN Moskva müqaviləsinin ləğvi barədə təklifi öyrənir
10 Fevral 2016 15:28 DünyaRusiya Xarici İşlər Nazirliyi Dövlət Duması deputatlarının 1921-ci ildə Türkiyə ilə imzalanmış dostluq müqaviləsinin ləğv edilməsi təklifini öyrənir. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə deyib. O, Rusiya XİN-ə həqiqətən də Dövlət Dumasının bir sıra deputatları tərəfindən məlum müqavilənin ləğv edilməsi barədə sorğunun daxil olduğunu söyləyib: "Hazırda sorğu öyrənilməlidir ki, bizə konkret nə təklif edilir. Hələlik bu təşəbbüsü öyrənmək lazımdır".
Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları - Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkin və partiyanın katibi Serqey Obuxov 1921-ci ilin martın 16-da Türkiyə Böyük Millət Məclisi hökuməti ilə Rusiya Sovet Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında müqavilənin ləğvi təşəbbüsü ilə çıxış ediblər.