Bombardmanda 15 dinc sakin həyatını itirdi

Rusiya hərbi təyyarələrinin Suriyanın Hələb vilayətinin Tel Rıfat şəhərində iki kəndə hava hücumu nəticəsində 15 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Virtualaz.org "Anadolu" agentliyinin məlumatına istinadən xəbər verir ki, rus ordusunun hərbi təyyarələrinin hücum etdiyi yer müxalifət qüvvələrinin nəzarətində olan ərazidir.

Tel Rıfat şəhərinin yerli icra nümayəndəsi Hüseyn Əbu Mahmud isə iddia edir ki, ruslar əsasən loyal müxalifətin olduğu bölgələri bombalayır və həmin əraziləri boşaltmağa çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00