Türkiyənin ən bəyənilən cütlüyü onlar seçildi
10 Fevral 2016 19:32 DünyaBu il "Sevgililər gününün rəmzi" və ən bəyənilən cütlüyü Fahriye Evcen-Burak Özçivit olub. Axşam.az-ın məlumatına görə, məşhur saytlardan birinin sorğusuna əsasən onlar 5 mindən çox insanın səsverməsi nəticəsində səslərin 45 faizini alıblar.

İkinci yerdə 15 faiz səslə Burçin Terzioğlu- İlker Kaleli qərarlaşıb.

Merve Boluğur və Murat Dalkılıç 12 faizlə üçüncü olub.

Sinem Kobal və Kenan İmirzalıoğlu cütlüyü isə kişilərdən 12 faiz, qadınlardan 4 faiz səs alıb. Ümumi 8 faiz səslə kifayətlənən sevgililər dördüncü pillədə qərarlaşıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00