Müğənni vəkilini məhkəməyə verdi

Türkiyəli müğənni və aktyor Özcan Deniz keçmiş vəkilini məhkəməyə verib. Türkiyə KİV-i xəbər verir ki, sənətçi böyük qardaşı Ercan Denizlə birgə Bakırköy Ağır Cəza Məhkəməsinə müraciət edib. İddianamədə şübhəli vəkil Güven.T-nin 36 min 530 türk lirəsi Özcandan götürdüyü və geri qaytarmadığı əks olunub. 44 yaşlı müğənni "Etibardan sui-istifadə " ittihamıyla vəkilin 14 il müddətində azadlıqdan məhrum olunmağını istəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00