Serb general həbsxanada ölüb

Ötən əsrin 90-cı illərində Bosniya müharibəsində müsəlman boşnaklara qarşı baş vermiş bir çox cinayətin iştirakçısı olan serb generalı Zdravko Tolimirin həbsxanada öldüyü bildilir. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, Zdravko Tolimirin serb ordusunun kəşfiyyat rəisi olduğu və dinc əhaliyə qarşı törədilən bir çox kütləvi qətliam və cinayətlərə rəhbərlik etdiyi sübuta yetirilib. Onun Haaqada müharibə caniləri üçün nəzərdə tutulmuş həbsxanadakı kamerasında öldüyü bildirilir. Zdravko Tolimir 2012-ci ildən ömürlük həps cəzasını çəkməkdə idi. Zdravko Tolimirin ölüm səbəbi aşıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00