Üç uşaq anası olan erməni borca qurban getdi

Rusiyanın Stavropol vilayətindəki Georgiyevsk şəhərində yüzlərlə erməni küçələrə çıxaraq etiraz aksiyaları keçiriblər. Onlar çoxuşaqlı ana, yerli sakin Lusine Arustamyanın qətlinin obyektiv araşdırılmasını tələb edirlər.

Milli.Az MK-Kavkaz-a istinadən bildirir ki, İnozemtsovo qəsəbəsinin 41 yaşlı sakini, 3 övlad anası L.Arustamyan ötən ilin sonlarında, dekabr ayında qətlə yetirilib. L.Arustamyan "Lira" bazarında ticarətlə məşğuldu. Onun qatilinin də elə həmin bazarda alver edən 40 yaşlı qadın olduğu güman edilir. Arustamyandan aldığı borcu uzun müddətdən bəri qaytarmadığı üçün erməni qadın həmin şəxsin yanına yollanıb. Daha sonra onlar borclu qadının bacısının, rayon poliklinikasının baş həkiminin evində görüşüblər. Söhbət az sonra davaya çevrilib. Borclu qadın Arustamyanı bıçaqlayıb, cəsədi şaqqalayıb, çantaya yığıb, çantanı da Podkumok çayına atıb.
Polis bacıların ikisini də saxlayıb, amma onlar az sonra buraxılıblar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00