LG-nin yeni G5 smartfonunun ekranı daimi yanacaq

Cənubi Koreyanın LG şirkətinin G5 smartfonunun yeni funksiyası olacaq - telefonun ekranı daimi yanacaq. Trend Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə LG Mobil-ın Facebook-dakı rəsmi səhifəsində bildirilir. Daimi yanan ekranda bir necə vacib göstəricilər öz əksini tapacaq, o cümlədən, vaxt, ötürülmüş zənglər və mesajlar kimi bildirişlər. LG-nin yeni G5 smartfonunun təqdim olunması fevralın 21-i Barselonada keçiriləcək Mobile World Congress 2016-ya planlaşdırılıb. İndiyə kimi, yalnız Rusiyanın Yotaphone smartfonu ekranın daimi yanan funksiyası ilə təhciz olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00