Ermənistandan havalananlar çoxalır

2016-cı il yanvar ayında "Zvartnots" hava limanından Ermənistandan gedənlərin sayı gələnlərdən çox olub. 2016-cı il yanvar ayında "Zvartnots" hava limanından 137 303 vətəndaş yola salıb, gələnlərin sayı isə 71 558 adam olubdur. Keçən ilin göstəricisinə görə, bu, 3188 adam çoxdur. 2015 - ci ilin həmin dövründə isə gedənlər 131 916, gələnlər isə 63 546 nəfər olub.

Milli.Az armlur.am-a istinadən bildirir ki, bu rəqəmləri Ermənistanın Baş Mülki Aviasiya İdarəsi açıqlayıb. Rəsmi statistikaya görə, ötən il "Zvartnos" və "Şirak" hava limanlarında sərnişin dövriyyəsi 1,919 milyon nəfər olub. Bu isə 2014-cü illə müqayisədə 164 min nəfər azdır.
Bu isə "Zvartnos" hava limanının ötənilki dövriyyəsinin 2014-cü illə müqayisədə təqribən 7,5 milyon dollar azaldığını göstərir.
"Zvartnos" və "Şirak" hava limanlarını tərk edən, sonra qayıtmayan sərnişinlərin sayına gəldikdə isə, artım Ermənistanı tərk edən şəxslərin sayının sadəcə, cüzi hissəsidir. Elə həmin rəsmi statistikaya görə, Ermənistanı avtobus və qatarla tərk edənlər də artır.
Rəsmi statistikadan fərqli olaraq real rəqəmlər ötən il Ermənistanı tərk edərək mühacirətə yollanmış ermənilərin sayının 2014-cü illə müqayisədə 2,4 dəfə çox olduğunu göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00