Üçüncü Dünya Müharibəsi başlanır?

NATO Rusiya ilə sərhəddə yerləşən Şərqi Avropa ölkələrinə 500-1000 nəfərlik batalyonlar göndərir. Modern.az bildirir ki, Britaniya KİV-ləri həmin qüvvələrin Latviya, Litva, Estoniya, Polşa, Bolqarıstan və Rumıniyaya yerləşdiriləcəyini yazır. Məqsəd Rusiyanın "Ukrayna stilində yeni münaqişə ocağı yaratmaq istədiyi halda alyansın ona cavab verəcəyini" sərgiləməkdir.

Məlumata görə, Rusiya ilə sərhədboyu yerləşdiriləcək qüvvələrdə amerikalı, alman və ingilis əsgərlər xidmət edəcəklər.

Britaniya jurnalistlərinin qənaətinə görə, Rusiyanın Şərqi və Mərkəzi Avropa ölkələrinə qarşı yeni hibrid müharibəsi aparmasına qarşı atılan bu addım Brüssel və Moskva arasında münasibətləri gərginləşdirə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00