Kiyev Moskvaya niyə 3 milyard ödəməlidir?
10 Fevral 2016 12:17 DünyaAlmaniya Maliyyə Nazirliyi Ukraynanın Rusiyaya olan 3 milyard dollar borcunun qaytarılması üçün Moskva ilə kompromisə getməli olduğunu bildirib. Axar.az bildirir ki, bu barədə informasiyanı "Blumberq" agentliyi yayıb.
Qeyd edək ki, Ukrayna bir müddət öncə Yanukoviç dövründə Kiyevin aldığı 3 milyard dolları Rusiyaya geri qaytarmayacağını bəyan edib. Lakin sonradan Kiyevə olan təzyiqlər onun mövqeyini nisbətən yumşaltmasına səbəb olub. Borcun qaytarılması məsələsində vasitəçi olan Almaniya bir müddət öncə Kiyevin borcun restrukturizasiyası ilə bağlı təklifini Moskvaya verib. Lakin bu təkliflərdən heç biri Rusiyanı qane etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00