Dəhşətli Zika virusunun növbəti "dayanacağı" Çin oldu

Çində Zika virusuna ilk yoluxma faktı qeydə alınıb. Azvision.az  bildirir ki, Ciansi vilayətindən olan 34 yaşlı sakində Zika virusuna yoluxma faktı aşkarlanıb. Həmin şəxsin Zika virusuna ötən ay Venesuelada yoluxaraq Çinə qayıtdığı bildirilir. Hazırda həkim nəzarətində olan xəstənin vəziyyəti sabitdir. Çin Milli Sağlamlıq və Ailə Planlanması Komissiyası hesab edir ki, Zika virusunun Çində yayılma ehtimalı çox aşağıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00