Son 17 ildə rusiyalıların xərcləri gəlirlərini üstələyib
10 Fevral 2016 11:35 DünyaRusiyalıların xərclərı 2015-ci ildə gəlirləri üstələyib - bu göstəricilərin fərqi 420 milyard rubl təşkil edib. Trend "Kommersant" qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsinin və Makroiqtisadi Analiz və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin birgə məlumatında bildirilir. Qəzet qeyd edir ki, son dəfə belə vəziyyət 1998-cı ildə müşahidə olunub. Bunun əsas səbəbləri kimi əmanətlərə xərclərin çoxalması, mal və xidmət xərclərinin azalması, ev təsərrüfat kreditlərinin tez vaxtda ödənilməsi göstərilir. Məsələn, mal və xidmətlərə xərclər 71,3 faiz azalıb. 2014-cü ilin dekabrında rusiyalılar gəlirlərinin 52,4 faizini müxtəlif malların alınmasına sərf etmişdilərsə, 2015-ci ilin müvafiq dövründə bu göstərici 45,6 % təşkil edib.