Türkiyə təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub

Türkiyənin Şırnak vilayətində təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub. Onlardan biri hərbçi, digəri isə polis əməkdaşıdır. Anadolu agentliyinin verdiyi məlumata görə, Şırnakın İdil rayonu ərazisində Suriyadan Türkiyə tərəfinə keçmək istəyən on nəfərlik silahlı PKK-çı ilə hərbçilər arasında atışma olub. Nəticədə bir hərbçi həlak olub ikisi yaralanıb. Şırnakın mərkəzində isə PKK silahlılarının zirehli polis maşınını atəşə tutmaları nəticəsində bir polis şəhid olub, digəri isə yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00