Anası dərsini oxumayan oğlunu öldürdü
10 Fevral 2016 07:35 DünyaRusiyada ana dərsini yaxşı öyrənə bilməyən oğlunu döyüb öldürüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxov məlumat verib.
Hadisə Tomsk vilayətində baş verib. 28 yaşlı qadın dərsinə pis hazırlaşan oğlunu huşunu itirənə qədər döyüb. Uşaq aldığı zədələrdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00