Şimali Koreyanın kosmosa buraxdığı raketin qalıqları tapılıb

Cənubi Koreya hərbçiləri Şimali Koreyanın fevralın 7-də kosmosa buraxdığı raket daşıyıcısının  qalıqlarını aşkarlayıblar. 

APA-nın "Daily Mail"-a istinadən verdiyi xəbərə görə, Cənubi Koreya hərbçiləri aşkarladıqları raket qalıqlarının foto şəkillərini təqdim ediblər. Hazırda hərbçilər raket qalıqlarını analiz edirlər.

Qeyd edək ki, KXDR  fevralın 7-də yerli vaxtla saat  09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən "Soxe" kosmodromundan üzərində "Kvanmönson-4" süni peykinin quraşdırıldığı raketin buraxılışını həyata keçirib. Bundan sonra Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00