Domodedovo aeroportundakı partlayışa görə keçmiş direktor tutuldu
10 Fevral 2016 07:30 DünyaMoskvanın Domodedovo hava limanının keçmiş direktoru Vyaçeslav Nekrasov tutulub.
Musavat.com TASS-a istinadən xəbər verir ki, o, iki və daha çox şəxsin ölümünə səbəb olan pozuntularda şübhəli bilinir.
Vyaçeslav Nekrasov barəsində fevralın 28-dək həbs-qətimkan tədbiri seçilib. Onun vəkili keçmiş aeroport direktorunun 1,5 milyon rubl girov müqabilində azadlığa buraxılmasını xahiş edib.
Bundan başqa, məhkəmə "Domodedovo airport aviation security" QSC-nin keçmiş icraçı direktoru Andrey Danilovu da fevralın 28-dək həbs edib.
Xatırladaq ki, 24 yanvar 2011-ci il tarixdə Domodedovo hava limanının beynəlxalq hava yolu şirkətlərinin eniş zalında partlayış baş verib. Hadisə nəticəsində 37 nəfər ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00