Rublun ucuzlaşması turistlərin Rusiyaya marağını çoxaldıb

3 il bundan əvvəl 5 rubl olan 1 yuan hazırda 13 rubla dəyişdirilir

Rublun zəifləməsi Rusiyanı xarici turistlər üçün cəlbedici edib, xüsusilə də gəzməyi-görməyi sevən çinli turistlər üçün. Rusiyanın ən populyar turizm məkanı həmişəki kimi Moskva şəhəridir. Moskva şəhər Turizm Departamentinin məlumatlarına görə, ötən ilin ilk 9 ayında Rusiyaya 1 milyon 200 minə yaxın çinli turist gəlib. Onlardan 400 minə yaxını Moskvaya baş çəkib və ümumilikdə 1 milyard dollara qədər pul xərcləyib.

"Rusiyaya qış tətilinə gəlmişəm. Mən ömrümdə bu qədər qar görməmişəm, qara görə gəlmişəm." - deyə çinli turist bildirir.

Hələ 3 il əvvəl 1 yuan 5 rubla dəyişdirilirdi. Bugün bir yuan 13 rubla qalxıb. Çinli turistlər geniş çeşidli və yüksək keyfiyyətli məhsulların satıldığı ticarət mərkəzlərinin az qala əsas müştərilərinə çevrilib. Mosvkanın mərkəzi univermağına sahib olan "Merkuri" qrupun ümumi satışlarının 7 faizi məhz çinli müştərilərin payına düşür.

Sahənin ekspertlərinə görə, Çindən turist axının artmasına zəif rubl amili ilə yanaşı vizasız rejim də öz təsirini göstərir. Çindən turist axının genişlənməsindən sonra qonaqlara maksimum rahat şəraitin yaradılması üçün Rusiyada 2014-cü ildə Çayna Frendli layihəsi işə salınıb. 30-a yaxın mehmanxana, restoran və ticarət mərkəzinin iştirak etdiyi layihəyə əsasən menyular, bələdçilər, xəritələr, təlimatlar ingilis, rus dilləri ilə yanaşı çin dilində də təqdim olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00