"ABŞ-a suriyalı uşaqlar lazım deyil"
9 Fevral 2016 18:15 DünyaBiz onların valideynlərinin haradan olduğunu bilmirik. Axar.az bildirir ki, bunu ABŞ-da prezidentliyə namizəd Donald Tramp Masaçusets ştatının Salem şəhərində seçicilərlə görüşündə deyib. Müsəlmanlara qarşı sərt çıxışları ilə tanınan iş adamı "Siz 8-10 yaşlı uşaqların üzünə baxıb, onların buradakı məktəblərdə oxuya bilməyəcəyini deyə bilərsinizmi?" sualına özünəməxsus şəkildə cavab verib: "Uşaqlar öz valideynləri ilə qalmalıdır. Biz onların valideynlərinin haradan olduğunu bilmirik. Miqrantların sənədləri yoxdur. İŞİD-lə əlaqəli ola bilərlər. Suriyalılara başqa formada kömək etmək lazımdır".
Qeyd edək ki, bundan öncə Donald Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ölkəyə girişinə qadağa qoyacağını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00