NATO-nun baş katibi: "İŞİD ilə mübarizə üçün yerli qüvvələr hazırlamaq lazımdır"
9 Fevral 2016 17:46 Dünya"İŞİD-lə mübarizə üçün yerli qüvvələr hazırlamaq lazımdır. Bu, əcnəbilərdən ibarət yerüstü qüvvələr göndərməkdən daha yaxşıdır". "Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Fevralın 10-11-nə planlaşdırılan NATO müdafiə nazirləri görüşü ərəfəsində mətbuat konfransı təşkil edən baş katib Şimali Atlantika Alyansının Suriyada İŞİD-lə mübarizə aparan dövlətlərə yardım etməyə hazır olduğunu bildirib. Eyni zamanda, o vurğulayıb ki, alyansın bütün ölkələri İŞİD-ə qarşı mübarizə koalisiyasına daxil olsa da, NATO özü bir təşkilat kimi bu koalisiyaya daxil deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00