Türkiyənin Şırnak vilayətinin Uludərə rayonunda dövlət məmurlarını daşıyan avtomobildə partlayış baş verib. "Milliyet"in verdiyi xəbərə görə, hadisə nəticəsində avtomobildə olan Uludərə Dövlət Xəstəxanasının 2 vəzifəli şəxsi ölüb, 1 nəfər isə xəsarət alıb. Polis hadisənin baş vermə səbəblərini araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00