BMT-dən Türkiyəyə - "Sərhədi açın"
9 Fevral 2016 17:05 DünyaBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Türkiyəyə çağırış edib. Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, BMT mühacir böhranı ilə əlaqədar Türkiyəni sərhədlərini açmağa səsləyib.
Qeyd edək ki, rusların bombalamasından sonra Suriyanın Hələb şəhərindən Türkiyə sərhədinə gələn qaçqınların yeni dalğası başlayıb. On beş min nəfərin Türkiyə ərazisinə daxil olduğu, sərhədi keçmək üçün 25 mindən çox insanın növbədə durduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00