Hərəsi bir rəngdə bacılar doğuldu
9 Fevral 2016 20:04 DünyaBritaniyada unikal əkizlər doğulub. İngiltərənin Mançester qraflığındakı Seyl şəhərində yaşayan 24 yaşlı Kayl Armstronq və 20 yaşlı Hanna Yarkerin əkiz qızlarının dəriləri müxtəlif rəngdədir. Valideynlərin dediklərinə görə, onlar uşaqların piqmentasiyasının fərqli olduğunu doğuşdan sonra sezməyiblər. The Sun bildirir ki, ağ dərili Anayya anası Hannanın, Mila isə atası Kaylın genlərinin daşıyıcısıdır. Əkiz bacıların dərilərindəki rəng fərqi onların yaşamlarının 4-cü həftəsində aşkar sezilməyə başlanıb. "10 aylıq qızlarımın əkiz bacılar olduğuna çoxları inanmır. Hətta marketə gedəndə də bu qızların mənim balalarım olduğunu soruşurlar", - Hanna deyib. Uşaqların xasiyyətləri də fərqlidir. Anayya ilə müqayisədə Mila daha fəal, hərəkətlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00