Rusca təhsil ləğv olunur

2018-ci ilin sentyabr ayından Latviyada rus dilində təhsilin ləğv edilməsi planlaşdırılır.  Latviyanın "Delfi" agentliyi xəbər verir ki, Maris Kuçinskisin rəhbərliyi altında ölkədə formalaşdırılan yeni hökumət bütün dövlət və özəl məktəblərin latış dilində təhsilə keçidi ilə bağlı plan hazırlayacaq. "RİA Novosti" qeyd edir ki, hazırda Latviya əhalisini təşkil edən 2 milyon nəfərin 44%-i rusdillidir və ölkədə fəaliyyət göstərən məktəblərin üçdə biri iki dildə (latış və rus dillərində) təhsil verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00