Əsəd PKK-ya 4 təyyarə silah göndərdi
9 Fevral 2016 14:33 DünyaBəşər Əsədin nəzarətində olan Suriya ordusu Qamışlıdakı "PKK-nın Suriya Qolu"na (PYD) 4 təyyarə dolu silah və sursat yardımı göndərib. Publika.az bildirir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Suriya ordusu 4 təyyarəyə yüklənmiş silah-sursatı fevralın 7-də axşam saatlarında Haseke əyalətinin Qamışlı hava limanı vasitəsilə PYD-yə çatdırıb. Bəşər Əsəd tərəfindən silah-sursat yardımının edilməsində əsas məqsəd kimi PYD-nin strateji mərkəzi sayılan El-Şadadi qəsəbəsinin İŞİD-dən geri alınması göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00