Xərçəng xəstəsi olan aktyordan çağırış - foto Xərçəng xəstəsi olan aktyordan çağırış
9 Fevral 2016 19:22 Dünya3 il əvvəl dəri xərçənginə yaxalandığı deyilən Hyu Cekmen sosial media hesabından fanatlarına səslənib. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, Hollivud ulduzu son iki ildə 3 dəfə əməliyyat keçirib. O, "əgər günəş kremi istifadə etməsəniz, başınıza gələnlərin bir nümunəsi" yazaraq burnu bağlı bir fotosunu paylaşıb. Müalicəsinin hələ bitmədiyini deyən 46 yaşlı aktyor "bu xərçəngin çox zəif növüdür, amma xahiş edirəm vaxtında müayinə olunun və günəş kremi istifadə edin" yazıb. O, Avstraliyada günəşin bol olduğunu vurğulayaraq orada bu xəstəliyin çox yayıldığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00