Baruş Arduç vərəm imiş
9 Fevral 2016 19:05 DünyaTürkiyənin məşhur aktyoru Barış Arduçun vərəm xəstəsi olması məlum olub. Milli.Az "intersinema"ya istinadən bildirir ki, "Kiralık Aşk" serialının reytinqini aşağı salmamaq üçün aktyorun əsl xəstəliyinin gizlədildiyi iddia edilir. Verilən məlumata görə, İsveçrədə uşaq ikən peyvənd olunmayan aktyor çəkiliş zamanı vərəm virusuna yoluxduğuna görə təcili şəkildə xəstəxanaya yatırılıb. O, müalicə olunduqdan bir neçə həftə sonra yenidən seriala qayıdıb.
Qeyd edək ki, Barış Arduç 1987-ci ildə İsveçrədə doğulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00