Canlı yayımda şəhidlərə sayğısızlıq: "Çal, oynayacağam" VIDEO
9 Fevral 2016 12:29 DünyaŞəhidlərə sayğısızlığı alqışlayanlar arasında Sədaqət Dadaşova da vardı
"Çal, çal! Şəhidlərin mənə nə dəxli var? Oynayacağam, çal!"
Türkiyənin Fox TV telekanalındakı "Zuhal Topalla İzdivac" evlənmə proqramında böyük qalmaqal yaşanıb. Proqrama evlənmək üçün qatılan Zəkəriyyə adlı şəxs ərə getmək istəyən Solmaz adlı qadına üz tutaraq deyib: "Sizi tənqid etmək istəyirəm. Çərşənbə günü buraya gələn və evlənmək istəyən kişiyə "Hərbi xidmətdə oldunmu?" dediniz. O axşam Türkiyə şəhid verdi, siz isə burada rəqs etdiniz". Proqramın aparıcısı Zühal Topal sinirlənərək deyib: "Biz bu yayımı gerçəkləşdirmək məcburiyyətindəyik. Burada hər hansı namizədə "Niyə rəqs edirsən?!" demək çox yersizdir. Həyat davam edir. Əgər elədirsə, onda sən də buraya gəlməzdin".
Zühal Topalın bu absurd açıqlamasını studiyada olan, proqram vasitəsilə ərə getmək istəyən qadınlar alqışlayıblar. Həmin qadınlar arasında xalq artisti Rafel Dadaşovun keçmiş xanımı Sədaqət Dadaşova da vardı.
Zəkəriyyə isə: "Sizi burada olduğunuz üçün alqışlayıram", - deyib və studiyanı tərk edib.
Şəhidlərə sayğısızlıqda suçlanan Solmaz adlı qadın bundan sonra ayağa qalxaraq orkestrə xitabən: "Çal, çal, oynayacağam, rəqs edəcəyəm!" - deyib. Orkestrin ifasındakı qaraçı rəqsinin sədaları altında rəqs edən Solmazı studiyadakılar alqışlayıblar. Bu olay Türkiyədə ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri Zühal Topalın, Solmaz adlı qadının və studiyadakı xanımların davranışlarını "çirkinlik" adlandırıblar.