Almaniyada iki qatar toqquşub. APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Bad-Ayblinq şəhəri (Bavariya regionu) yaxınlığında baş verən qəza nəticəsində 4 nəfər ölüb, 150 nəfər yaralanıb. Qatarlardan birinin relsdən çıxdığı güman olunur. Hadisə yerində çoxlu sayda tibbi yardım briqadaları və xilasedicilər işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00