Nurgül Yeşilçayı "Paramparça" elədilər
9 Fevral 2016 12:23 Dünya"Paramparça"nın dünən yayımlanan 52-ci seriyasında Nurgül Yeşilçayın canlandırdığı Gülseren obrazı ölüb. Ssenariyə görə, "Zeynəb"in keçmiş əri "Bülent" "Gülseren"lə "Cihan"ın toyuna qəflətən silahla daxil olub. Aranın qarışdığı anda "Gülseren" özünü güllənin qabağına verib. Nurgül Yeşilçay şəxsi İnstaqram hesabında vida yazısı paylaşıb. Milli.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Nurgül İnstaqramda: "İndiyə qədər heç bir layihəni yarımçıq qoymamışam. Hər zaman işimi sevib, hörmət etmişəm. Rejissorumuza və serialın bütün heyətindəki şəxslərə təşəkkür edirəm. Məni izləyən hər kəsə sonsuz təşəkkür edərək, qarşınızda baş əyirəm. Yaxşı ki, varsınız", - yazıb.
Qeyd edək ki, N.Yeşilçayın tərəf-müqabili Erkan Petekkaya ilə yola getmədiyi üçün serialdan ayrıldığı deyilir.