Ən ağır, böyük müsəlman yeridi VIDEO

"Dünyanın ən ağır gənci", "Ən ağır müsəlman" kimi tanınan Xalid Möhsün əl Şəeri dünən illər sonra ilk dəfə çarpayıdan düşərək bir neçə addım atıb.Səudiyyə Ərəbistanında yaşayan Xalidin 17 yaşı olanda onun çəkisi 610 kq idi.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həddən artıq izafi çəkisinə görə gəzə bilməyən və çarpayıya məhkum olan Xalid piylənməsinə görə ölə bilərdi. Həkimlər onu xəstəxanaya yerləşdiriblər və Xalid orada bir neçə əməliyyata məruz qalıb.Əməliyyatlar nəticəsində o, çəkisinin 320 kiloqramını itirib.24 yaşlı Xalid dünən Simmer çərçivəsi vasitəsilə yeriyib.Hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı "King Fahd Medical City"də müalicəsini davam etdirən Xalidin bundan sonra da arıqlayacağı deyilir. Həkimlərin sözlərinə görə, Xalidin çəkisi normaya düşənədək onun müalicəsi davam edəcək.Xalidin müalicəsini Səudiyyənin mərhum kralı Abdulla 2013-cü ildə maliyyələşdirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00