Gürcüstanda qatar az qala Bakı-Tbilisi-Ceyhanı partladacaqdı
9 Fevral 2016 09:51 DünyaGürcüstanda Qori-Nikozi marşrutu ilə hərəkət edən sərnişin qatarı son anda qəzadan qurtarıb. Bu barədə oxu.az "Qruziya Online"a istinadən xəbər verir.
Qatar Nikozidən Qoriyə qayıdırdı. Axaldaba kəndi yaxınlığında relslərin zədələnməsinə görə sürücü çətin vəziyyətə düşüb və əyləci sıxaraq qatarı qəzadan qurtarıb.
Qatarın relsdən çıxacağı tədqirdə ciddi qəza baş verə bilərdi, çünki yaxınlıqda Bakı-Tbilisi-Ceyhan neft kəməri keçir.
"Rustavi 2" telekanalının məlumatına görə, istintaq hadisəni terror hücumu kimi qiymətləndirib, lakin güc strukturlarında hesab edirlər ki, söhbət yalnız rels saxlayıcılarının oğurlanmasından gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00