Xamenei Avropa dövlətlərinin "zəif nöqtəsi"ni açıqlayıb
9 Fevral 2016 09:28 Dünyaİranın ali dini rəhbəri ayətullah Əli Xamenei hesab edir ki, Avropa dövlətlərinin bir "zəif nöqtəsi" var.Rusiyanın Gazeta.ru portalı yazır ki, Yunanıstanın baş naziri Aleksis Tsiprası Tehrandakı iqamətgahında qəbul etmiş Xamenei bildirib: "Avropa dövlətləri öz iradələri ilə hərəkət etmir"."Bütün Avropa dövlətləri ABŞ-ın təzyiqi altındadır və öz iradələri yoxdur", - deyən İranın ali dini rəhbəri, avropalı siyasətçilərin bu "zəif nöqtəyə" diqqət yetirməli olduğunu vurğulayıb.Suriyadaki vəziyyəti də şərh edən Xamenei terrorizmi "çox təhlükəli və yoluxucu xəstəlik" adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00